"U-19-un işi çox çətindi. çünki son mərhələyə cəmi 8 komanda çıxacaq". Matc.az saytı xəbər verir ki, bunu Rusiya Futbol İttifaqının texniki direktoru Anrey Leksakov deyib.

Leksakov yerli mətbuata müsahibəsində U-17 və U-19 yığmalarının Avropa çempionatının elit-raund mərhələsindəki şanslarını dəyərləndirib. O, Azərbaycan millisinin rəqibi olan U-19-un işinin daha çətin olacağını düşünür.

Ancaq Leksakov komandasını qrupun favoriti hesab edir: "U-17 yığmamızla müqayisədə U-19 millimizin elit-raundda yer aldığı qrup bir qədər qəlizdi. çünki burda təkcə qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq. Rəqiblərimiz İrlandiya, Rumıniya və Azərbaycanlılar ilk baxışdan bizim gənclərimiz qədər güclü deyillər. Ancaq hər biri qələbə qazanmaq istəyir. Belə sürətli keçən turnirlərdə ilk oyundan çox şey asılı olur. Bu üzdən Azərbaycanla ilk matçımız çox vacibdi".

Qeyd edək ki, U-19 millimiz elit-raundda ilk görüşünü martın 20-də Rusiyaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest