AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Belçika yığmasının yeni kapitanı müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, milli karyerasını bitirən Eden Azardan sonra sarğı Kevin De Bruyneyə tapşırılıb.
 
Yeni baş məşqçi Domeniko Tedesko komandaya lider kimi məhz "Mançester Siti"nin yarımmüdafiəçisini seçib. De Bruyne Belçika yığmasında keçirdiyi 97 oyunda 25 qol vurub.
 
Qapıçı Tibo Kurtua və hücumçu Romelu Lukaku isə vitse-kapitanlar olacaq. 
 
Qeyd edək ki, Azərbaycanla Belçika arasında oyunlar sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest