Erlinq Haland Norveç yığmasından kənarlaşdırılıb. Matc.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun zədədən əziyyət çəkməsidi.
 
Gənc hücumçu klubu "Mançester Siti"nin heyətində İngiltərə Kubokunun "Bernli" ilə qarşılaşmasında qasıq nahiyəsində ağrılar hiss edib. Norveç millisinin tibbi heyəti müayinələrdən sonra onun "Mançester Siti"yə qayıtmasına qərar verib.
 
22 yaşlı forvard AVRO-2024-ün seçmə mərhələsində İspaniya (25 mart) və Gürcüstana (28 mart) qarşı keçiriləcək oyunları buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest