"Saatıma baxdım. Biz start fitindən 12 dəqiqə əvvəl tunelə gəlmişdik. Terim və komandası isə gec gəldi. Mən bu zaman futbolçulara dedim ki, paltardəyişmə otağına qayıdın"

"Fatih Terim Türkiyə futbol tarixinin ən yaxşı məşqçilərindən biridi. Ağıllıdı, eyni zamanda hiyləgərdi. Psixoloji oyunları yaxşı bilir və bu yöndəki planlarıyla qarşılaşmalardan da uğurlu çıxa bilir. Heç vaxt ona güvənmədim". Matc.az xəbər verir ki, bu sözlər "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Con Toşaka məxsusdu.

İngiltərə mediasına müsahibəsində Türkiyədə işlədiyi dönəmə toxunan uelsli mütəxəssis daha çox Terimlə bağlı danışıb.

O, "Beşiktaş"ın baş məşqçisi olarkən "Qalatasaray"la keçirilən Superkubok matçından öncə yaşanan hadisəni xatırlayıb: "Hər iki komanda üzvləri qarşılaşmadan 10 dəqiqə əvvəl tuneldə olmalı idi. Amma "Qalatasaray" orda deyildi. Saatıma baxdım. Biz start fitindən 12 dəqiqə əvvəl tunelə gəlmişdik. Terim və komandası isə gec gəldi. Mən bu zaman futbolçulara dedim ki, paltardəyişmə otağına qayıdın. Geri qayıdanda "Qalatasaray" futbolçuları otaqdan çıxmağa başladılar. Həmin an həm Terim, həm də oyuna yetkili şəxslər cəzalanacağımı söylədilər.

Dedim ki, cəzadan çəkinmirəm. "Qalatasaray" da bizi 4 dəqiqə gözləyə bilər. O zaman biz də tunelə gələrik. Məqsədim o idi ki, futbolçularım rəqibin heyətindəkilər kimi böyük oyunçu olduqlarını bilsinlər. Sonra oyuna çıxdıq və 2:1 hesablı qələbə qazandıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest