... Və günlərin bir günü Dünya çempionatında kəlləylə vurulmuş qol əvəzinə... rəqibə tamaşa elədi azarkeşlər;

bu kəllə elə-belə kəllə deyildi, təkcə elə bu kəlləylə tarixə düşmək olardı;

amma Zidanın tarixdən çıxdığı gün olmadı ki;

Zinəddin çağdaş və gələcək futbolun "Real"lığıdı, şəksiz;

o,  titullarının sayını unudub bəlkə də,

amma bu şeiri əzbərləməyə haçansa vaxtı olacağına inanıram...

Qulu AÄžSƏS

***

Rum rəqəmiylə onuncu 

Tövbə qapısının dirəyindən qayıdıb

ən böyük suçu.

Doğulduğu yer yaşıl meydan

ayağı quş ayağı

kəlləsi zindan.

Topu bacısı kimi sevdi

Zinəddin Zidan…

ömründə bir kərə

topa yox,

topçuya kəllə atdı

Rum rəqəmiylə onuncu

Rumi rəqəmiylə ölçdü zamanı:

«Artıq vaxtdı!..»

Onu aylarla axtaran,

idman tumanını göz yaşlarıyla batıran

xanımlar ağlayıb-ağlayıb kiridi.

İndi

ancaq öz arvadıyla yatır Zidan

öz arvadıyla yatmaq

öz qapısına vurduğu qol kimidi…

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest