Avstriya millisinə çağırılsa da, Arnautoviçin Azərbaycan və Estoniya ilə oyunlarda iştirakı sual altına düşüb. Zədəsinin ciddi olduğu aşkarlansa, baş məşqçi Ralf Ranqnik onu heyətdən kənarlaşdıracaq.

Avstriya yığmasının futbolçusu Marko Arnautoviç AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyun ərəfəsində yenidən zədələnib. Matc.az xəbər verir ki, hücumçu klubu "Boloniya"nın heyətində İtaliya çempionatının oyunu zamanı xəsarət alıb.
 
Zədəsini bir müddət əvvəl sağaldan ulduz futbolçu "Salernitana" ilə (2:2) qarşılaşmanın 65-ci dəqiqəsində meydana daxil olsa da, cəmi 16 dəqiqə oynaya bilib. Buna səbəb 34 yaşlı forvardın zədələnərək əvəzlənməsi olub.
 
Avstriya millisinə çağırılsa da, Arnautoviçin Azərbaycan və Estoniya ilə oyunlarda iştirakı sual altına düşüb. Zədəsinin ciddi olduğu aşkarlansa, baş məşqçi Ralf Ranqnik onu heyətdən kənarlaşdıracaq.
 
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya seçməsini Linz şəhərində qəbul edəcək.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest