"InStat"ın təhlilinə əsasən Topaz Premyer Liqasının XX  turunun ən yaxşı futbolçusu məlum olub. Matc.az saytı xəbər verir ki, bu, "Qəbələ"nin yarımmüdafiəçisi Ceyms Adeniyidi.

Nigeriyalı "Səbail"ə qarşı görüşdə dubl etməklə yadda qalıb. Araşdırmalara əsasən Ceyms Adeniyi turun ən yaxşı indeksə malik futbolçusudu.

Qeyd edək ki, "Qəbələ" "Səbail" üzərində 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest