Region Liqasının "Şəki" - "Qoşqar UGİM-2" görüşündə birincilərin futbolçusu Süleyman Hüseynzadə hakimi təhqir edib. Bakcell U-17 Liqasının "Neftçi" PFK - "Qarabağ" matçında da "Neftçi"nin üzvü Mahir Həsənov eyni addıma əl atıb. Bu üzdən hər iki oyunçuya 4 oyunluq cəza kəsilib.

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağı liqalardakı neqativ hallara hüquqi qiymət verilib. Matc.az saytının məlumatına görə, xüsusən də, təhqirə yol verən məşqçi və futbolçular ağır cəzaya məruz qalıb.

Region Liqasının "Şəki"  – "Qoşqar UGİM-2" görüşündə birincilərin futbolçusu Süleyman Hüseynzadə hakimi təhqir edib. Bakcell U-17 Liqasının "Neftçi" PFK  – "Qarabağ" matçında da "Neftçi"nin üzvü Mahir Həsənov eyni addıma əl atıb. Bu üzdən hər iki oyunçuya 4 oyunluq cəza kəsilib.

Futzal üzrə Yüksək Liqanın "Araz" – EKOL qarşılaşmasında EKOL-un oyunçusu Ramiz çovdarov təhqiredici ifadələr işlətdiyinə görə 3 oyunluq cəzalanıb. İkinci Liqanın "Bədr FK Xocalı" – "Obolon" görüşündə isə birincilərdən Ceyhun Mürşüdlü rəqibi söydüyündən, eyni şəkildə cəzalandırılıb.

Oyunçularla yanaşı, məşqçilərə də cəzalar kəsilib. Kapital Bank U-14 Liqasının "Keşlə" – "Qarabağ" oyununun ilk hissəsi bitdikdən sonra "Keşlə"nin çalışdırıcısı Alim Qurbanov hakimi təhqir edib. Futzal üzrə Birinci Liqanın "Zəngilan" – U-19 matçında isə U-19-un baş məşqçisi Ağatahir Əzimov referini söyüşə "qonaq" edib. Bu üzdən hər iki şəxs 5 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Bundan başqa, futzal üzrə İkinci Liqanın "Atletiko Baku" – "Borçalı" oyununda "Atletiko Baku"nun məşqçisi Zaur Səmədovla onun "Borçalı"dakı həmkarı Zöhrab Məmmədov biri-birini təhqir etdiklərinə görə, hər iki şəxs 3 oyunluq cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest