"Qəbələ" akademiyasının komandaları AFFA-nın aşağı yaş qrupları arasında keçirdiyi liqalarda növbəti oyunlarını keçirib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gənclər Liqasında "Sabah"ın qonağı olan U-19 altı cavabsız qolla qalib gəlib.

U-16 və U-15 komandaları da son turu səfər qələbəsi ilə başa vurub. Sonuncular "Zirə"ni 2:0, 16 yaşadək futbolçular isə "Sumqayıt"ı 4:2 hesabı ilə yenib.

Paytaxt zonasında mübarizə aparan U-13 "Səbail"lə matçdan xalsız ayrılıb – 0:3. U-12 Liqasının Şimal-Qərb regionunun Qəbələdə keçirilən oyunlarında iki yerli komanda üz-üzə gəlib. UGİM "Qəbələ"nin qapısından 4 top keçirən "Qəbələ" 3 xal qazanıb.

Eyni zonada mübarizə aparan U-10 komandalarının ikisi də 3 xal əldə edib. UGİM "Qəbələ" UGİM-ə (Ağdaş) 3:2 hesabı ilə qalib gəlib. "Qəbələ" isə UGİM-ə (İsmayıllı) 14 cavabsız qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest