Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının əsas mərhələsi başa çatıb. Matc.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan 12-ci turda "Abşeron" klubu "Murov"la, "Azərreyl" isə UNEC-lə üz-üzə gəlib. Görüşlərin hər ikisində nominal meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.
 
Beləliklə, əsas mərhələnin son turundan sonra "Azərreyl" 29 xalla birinci, "Abşeron" 23 xalla ikinci, "Murov" 20 xalla üçüncü olub, hesabında xalı olmayan UNEC isə sonuncu - dördüncü pilləni tutub.
 
Dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan "Azərreyl" dördüncü yerin sahibi UNEC-lə, ikinci olan "Abşeron" isə üçüncü yeri tutan "Murov"la üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
 
Oyunların keçiriləcəyi tarix və məkan hələlik bəlli deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest