Uğursuz mövsüm keçirən "Fənərbaxça"nın yollarını ayıracağı ilk futbolçu müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, müdafiəçi Martin Şkrtel mövsümün sonunda klubunu dəyişəcək.

Məsələ burasındadı ki, Slovakiya millisinin üzvü yaya qədər olan anlaşmasının daha 2 il uzadılmasını istəyib. İstanbul nəhəngi isə 34 yaşlı oyunçuya 1 illik müqavilə təklif edib. Nəticədə tərəflər ortaq məxrəcə gələ bilməyib və danışıqlar dayandırılıb. Şkrtelin mövsümün sonunda "Monako"ya keçməsi gözlənilir.

Qeyd edək ki, Şkrtelin şərəfini qoruduğu Slovakiya yığması AVRO-2020-də Azərbaycan millisi ilə eyni qrupda yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest