"Qarabağ" Azərbaycan Premyer Liqasının VIII turunda qarşılaşacağı "Səbail"lə matçın hazırlıqlarını davam etdirir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda bir günlük istirahətin ardından bu gün çalışmaları bərpa edib.

Ağdamlıların bugünkü məşqi təxminən 1 saat davam edib. Futbolçular yüngül toplu çalışmalarla hazırlığı başa vurub. Milli komandamızda olan futbolçular da kollektivə qoşulub.

İslandiya yığmasına dəvət alan qapıçı Hannes Halldorsson bu gün Bakıya gələcək. Bolqarıstan və Konqo yığmalarında yer alan iki futbolçu - Simeon Slavçev və Con Delarj isə bu gün baş tutacaq oyunlardan sonra ölkəmizə qayıdacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest