"Tottenhem" yay fasiləsində heyətinə yeni oyunçu cəlb etmək istəyir. Matc.az saytının məlumatına görə, bu barədə Britaniya mətbuatı xəbər yayıb.

London klubu "Fiorentina"nın hücumameyilli futbolçusu Federiko Kyezanı transfer etməyi planlaşdırır. İngilislər bunun üçün 70 milyon funt sterlinq ödəməyə hazırdı.

Komandanın argentinalı baş məşqçisi Maurisio Poçettino 21 yaşlı italiyalı oyunçunu xüsusi olaraq istəyir.

Qeyd edək ki, Kyeza bu mövsüm A seriyasında meydana çıxdığı 27 matçda 5 qol vurub, 7 qolun ötürməsini verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest