Müqavilə ilə "Bolonya"ya məxsus olan, ötən ildən icarə əsasında "Dinamo"da çıxış edən 24 yaşlı hücumçu ilk dəfə milli komandaya dəvət alır.

Aç-2020-nin seçmə mərhələsində millimizlə qarşılaşacaq Xorvatiya millisinin heyətinə yeni oyunçu çağırılıb. Matc.az saytının məlumatına görə, zədə səbəbindən bir neçə hücumçusunun xidmətindən yararlana bilməyəcək "damalılar"ın baş məşqçisi Zlatko Daliç yeni forvarda dəvət yollayıb.

Xorvatiya Futbol Federasiyasının rəsmi tvitter hesabından verilən açıqlamada qeyd edilib ki, Zaqreb "Dinamo"sunun üzvü Bruno Petkoviç milliyə dəvət alıb.

Müqavilə ilə "Bolonya"ya məxsus olan, ötən ildən icarə əsasında "Dinamo"da çıxış edən 24 yaşlı hücumçu ilk dəfə milli komandaya dəvət alır.

Qeyd edək ki, əvvəlcə martın 21-də Zaqrebdə Azərbaycan millisini qəbul edəcək xorvatlar bundan 3 gün sonra Budapeştdə Macarıstanın qonağı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest