19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının əsas mərhələdəki rəqiblərindən olan Sloveniya millisi yoldaşlıq oyunları keçirəcək. Matc.az saytının məlumatına görə, bu ölkənin futbol federasiyasının rəsmi saytında yerləşdirilən xəbərdə bildirilib ki, Serbiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunlar martın 16-da və 17-də baş tutacaq.

Baş məşqçi yoldaşlıq matçları üçün bu futzalçılara dəvət göndərib: Max Vesel (FK Siliko), Jure Vetrih (FK Dobrepolje), Matej Ahçin (FSK Stripy), Vanç Florjančič (FK Stripy), Marko Mohoriç (FK Stripy), Timotej Debeljak (FC Litija), Marko Bjelçeviç (FC Litija), Tilen Gajser (ŠD Brezje), Jeremy Bukovec (ŠD Brezje), Matic Goznik (ŠD Brezje), Maks Vidmar (FK Siliko), Maks Rotar (FK Siliko), Tod Ciuha (FK Siliko).

Qeyd edək ki, yığmamız Sloveniya komandası ilə martın 30-da qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest