Maksim Medvedev "Qarabağ"ın tarixində mütləq rekorda sahib çıxıb. 30 yaşlı müdafiəçi Ağdam klubunun heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. "Zirə" ilə matç Maksimin "Qarabağ"ın heyətində ümumilikdə 395-ci oyunu olub.

Maksim Medvedev "Qarabağ"ın tarixində mütləq rekorda sahib çıxıb. Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, 30 yaşlı müdafiəçi Ağdam klubunun heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Topaz Premyer Liqasının XX turunun "Zirə" ilə evdə keçirilən matçı (0:0) Maksimin "Qarabağ"ın heyətində ümumilikdə 395-ci oyunu olub. 2006/07 mövsümündə debüt etdiyi komandada indiyədək 12 qol vuran Medvedev Müşfiq Hüseynovun rekordunu yeniləyib. Hazırda "Qarabağ"da məşqçi kimi çalışan sabiq hücumçu 394 rəsmi matçda doğma klubunun formasını geyinib.

Regional yarışlar nəzərə alınmadığı statistikaya əsasən 1987-ci ildə peşəkar klub kimi qeydiyyatdan keçən əyalət təmsilçisində ən çox oyun keçirən 3-cü futbolçu Yaşar Hüseynovdu – 380 matç.

Maksim Azərbaycan çempionatlarında 277 (10 qol), ölkə kubokunda 37 (1 qol), avrokuboklarda 81 (1 qol) oyun keçirib.

Qeyd edək ki, Medvedev cari mövsümün gedişində "Qarabağ"ın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu ünvanına yiyələnmişdi. O, 268 çempionat matçına çıxan Aslan Kərimovun rekordunu yeniləmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest