Paraqvay yığmasının hücumçusu Oskar Kardozonun adı seks qalmaqalında hallanır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 36 yaşlı forvardla bağlı son iddia ölkə gündəmini zəbt edib.

Onun hazırda formasını geyindiyi "Libertad" klubu baş məşqçi Leonal Alvarezi ötən həftə vəzifəsindən qovmuşdu. Buna səbəb isə çalışdırıcının komandanın aparıcı futbolçularından olan Edqar Benitezin həyat yoldaşı ilə yataqda yaxalanması olub.

Sən demə, kolumbiyalı mütəxəssisi də onun sevgilisi olan model Yohanna Qarsiya aldadırmış. Belə ki, Paraqvayda yaymlanan "Teleshow" adlı televiziya proqramı Qarsiyanın Kardozo ilə cinsi əlaqədə olduğunu vurğulayıb və cütlüyün yan-yana görüntüləndiyi fotoların olduğunu iddia edib.

2012-ci ildən bəri birlikdə yaşayan Qarsiya ilə Alvarezin bir qızı var.

Qeyd edək ki, Paraqvayın məşhur futbolçuları arasında göstərilən Oskar Kardozo karyerası ərzində Avropada "Benfika", "Trabzonspor" və "Olimpiakos"un formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest