"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasını dəyişməyəcək. Matc.az saytının "Telegraph" nəşrinə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis yeni müqaviləyə hazırlaşır.

Belə ki, onun "Yuventus"un maraq dairəsində olması "şəhərlilər"i narahat edib. Bu üzdən ingilislər vaxt itirmədən 48 yaşlı çalışdırıcıya yeni 2 illik müqavilə təklif edib. Tərəflər arasında ilkin danışıq müsbət nəticələnib.

Qeyd edək ki, Qvardiolanın hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest