AFFA Klublar Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib. Matc.az saytı xəbər verir ki, qurum sabah bir araya gələcək.

Yığıncaq saat 10:00-da AFFA-nın inzibati binasında baş tutacaq. Bu, həm də Riad Rəfiyevin sədr seçilməsindən sonra ilk iclas olacaq.

Qeyd edək ki, Rəfiyev fevralın 22-də Klublar Komitəsinin sədri seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest