ABŞ-ın sabiq peşəkar güləşçisi Mark Anri maraqlı qərarla gündəmə gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, öldükdən sonra beyninin tibbi araşdırma məqsədilə bağışlanmasını vəsiət edib.

Bir ara "dünyanın ən güclü adamı" ünvanına sahib olan Anri xroniki travmatik entsefalopatiya kimi bilinən xəstəliyin araşdırılması üçün beynindən istifadə olunmasına icazə verib: "Beynimi beyin bankına bağışlayıram. Araşdırmadan müsbət nəticənin çıxacağına ümid edirəm".

Alimlər isə araşdırmanın ölümdən dərhal sonra başladılmasının faydalı olacağı qənaətindədi.

Qeyd edək ki, xroniki travmatik entsefalopatiya xəstəliyi tez-tez başından zərbə alan amerikan futbolu, buz xokkeyi, peşəkar güləş kimi idman növü ilə məşğul olanlarda daha çox olur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest