"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan millisinə dəvət olunub. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub feysbuk səhifəsi vasitəsilə yayıb.
Bildirilir ki, orta sahə oyunçusu martın 18-də Bolqarıstan yığmasının düşərgəsinə qoşulacaq.
Bolqarlar AVRO-2020-nin seçmə mərhələsində martın 22-də evdə Monteneqro, 26-da isə səfərdə Kosovoyla qarşılaşacaqlar.