İspaniya La Liqasının XXVII turunda keçirilən "Valyadolid" - "Real" oyununda VAR sistemindən tez-tez istifadə olunub. Matc.az saytı xəbər verir ki, birinci hissədə ev sahiblərinin 2 qolu məhz VAR sayəsində ləğv edilib.

Sayılmayan birinci qol epizodunda ofsaydın olub-olmadığı üçün VAR otağına müraciət edilsə də, maraqlı görüntü üzə çıxıb. Belə ki, otaqda heç bir hakimin olmadığı ekrana gəlib. Bu isə İspaniyada birmənalı qarşılanmayıb. "Marca"nın iddiasına görə, həmin anda yanlış VAR otağı görüntülənib.

Qeyd edək ki, oyun "Real"ın 4:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest