"Jirona"nın hücmçusu Kristian Stuani rekord təkrarlayıb. Matc.az saytının məlumatına görə, o, buna La Liqanın XXVII turunda "Valensiya" ilə qarşılaşmada nail olub.

Komandasının 2:3 hesabı ilə məğlub olduğu görüşdə Stuani penaltidən bir qol vurub. Bununla forvard La Liqada ardıcıl 15-ci penalti zərbəsini dəqiq yerinə yetirib və "Atletiko"nun keçmiş hücumçusu Manolo Alfaroya məxsus rekordu təkrarlayıb.

Qeyd edək ki, Kristian Stuani bu mövsüm ölkə çempionatında meydana çıxdığı 24 oyunda 16 qola (4-ü penaltidən) imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest