Bu gün futzal üzrə çempionlar Liqasının əsas mərhələsinə start verilib. Matç.az saytı xəbər verir ki, 8-ci qrupda mübarizə aparan Azərbaycan çempionu "Araz" ilk qarşılaşmasını keçirib.

Joze Alesionun yetirmələri Litva çempionu "Vitis"lə üz-üzə gəlib. Görüş sensasiya ilə nəticələnib. Belə ki, qrupun favoriti sayılan "Araz" Kaunas təmsilçisinə məğlub olub.

çempionlar Liqasına ilkin mərhələdən başlayan Litva klubu ikinci hissədə vurduğu bir qolla 3 xalı bayram edib. Avrokubok mövsümünə uğursuz başlayan "Araz" ikinci turda Maltanın "Valletta" klubu ilə üz-üzə gələcək. Bu oyun sabah baş tutacaq.

 

Futzal üzrə çempionlar Liqası

Əsas mərhələ, 8-ci qrup
I tur, 3 oktyabr

"Araz" (Azərbaycan) – "Vitis" (Litva) - 0:1
Qol: Rafa, 26
Hakimlər: İvan Şabanov (Rusiya), Sven Eiçler (Almaniya), David Şaerli (İsveçrə)
Luçeneç. "Sportova Hala Arena" 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest