"Tobol" klubunda ilk turun ən yaxşıları müəyyənləşib. "İrtış"la qarşılaşmanın ən yaxşı 3 oyunçusunun adı açıqlanıb. Bunlar Azat Nurqaliyev, Nika Kvekveskiri və yeni transfer Emil Balayevdi.

Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" klubunda ilk turun ən yaxşıları müəyyənləşib. Matc.az xəbər verir ki, klubun rəsmi saytı "İrtış"la qarşılaşmanın ən yaxşı 3 oyunçusunun adını açıqlayıb.

Bunlar Azat Nurqaliyev, Nika Kvekveskiri və yeni transfer Emil Balayevdi. "InStat"ın təhlilinə əsasən, rəqibin 15 zərbəsindən çərçivəyə ünvanlanan 5 topuna düzgün reaksiya göstərən yığmamızın qolkiperi üçüncü olub. Onun indeksi 268-di. Ən yaxşı statistik göstəriciyə Nurqaliyev malikdi. Sabiq "İnter" və "Qəbələ"li Kvekveskiri isə ikinci olub.

Qeyd edək ki, "İrtış"ın 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Azat Nurqaliyev dubla imza atıb, Nika Kvekveskiri isə 1 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest