AVRO-2020-nin seçmə qrup mərhələsində Azərbaycanla keçiriləcək oyunöncəsi Xorvatiya yığmasında problemlər bitmək bilmir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, daha bir futbolçu zədlilər "karvanı"na qoşulub.

Bu, "İnter"in yarımmüdafiəçisi Marselo Brozoviçdi. O, A seriyasının XXVII turunda "Spal"la qarşılaşmanın 42-ci dəqiqəsində zədələnib. Nəticədə oyunu davam etdirə bilməyən 27 yaşlı orta sahə oyunçusu göz yaşları içində əvəzlənib.

Son olaraq Marko Pyatsanın heyətdən çıxarıldığı, həmçinin Ante Rebiç və İvan Perişiçin durumunun qeyri-müəyyən olduğu bir vaxtda Brozoviçin də zədələnməsi baş məşqçi Zlatko Daliçi təşvişə salıb. Yarımmüdafiəçi sabah tibbi müayinədən keçdikdən sonra zədənin dərəcədə ciddi olub-olmadığı müəyyənləşəcək. İlkin ehtimala görə, Brozoviç bir neçə həftə futbol oynaya bilməyəcək. Belə olarsa, Daliç onu da heyətdən kənarlaşdırmalı olacaq.

Qeyd edək ki, martın 21-də Azərbaycan millisini qəbul edəcək Xorvatiya bundan 3 gün sonra Macarıstanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest