Millətlər Liqasının IV turunun ikinci oyun günündən sonra futbolçuların statistik göstəriciləri açıqlanıb. Matç.az saytı xəbər verir ki, UEFA müxtəlif göstəricilər üzrə ən yaxşı 5 oyunçunu müəyyənləşdirib.

Azərbaycan millisi yalnız ən çox ötürmə verənlərin siyahısında təmsil olunub. Dünənki matçlaradək siyahıya başçılıq edən Riçard Almeyda mövqeyini əldən verib.

İspaniyalı Serxio Ramos 306 ötürməylə 1-ci yerə yüksəlib. Milliləşən braziliyalımızın göstəricisi isə 298-ə bərabərdi. Ramosla Almeydanın fərqi ondadı ki, ispaniyalı 3, futbolçumuz isə 4 matç keçirib.

Daha bir təmsilçimiz Qara Qarayev 4-cüdü. Onun aktivində 276 pas var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest