Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib. Matc.az xəbər verir ki, həmin oyunlar fevralın 25-də və 28-də baş tutacaq.
 
Fevralın 25-də 6-cı turdan təxirə salınmış "Xarı bülbül" - "Murov" qarşılaşması keçiriləcək. Oyun saat 15:00-da başlayacaq.
 
Fevralın 28-də isə 7-ci turun təxirə salınan "Xarı bülbül" - MOİK matçı təşkil olunacaq. Bu görüşün start fiti saat 16:00-da çalınacaq.
 
Hər iki matç Voleybol Mərkəzində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest