Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının üçüncü dövrəsində iki oyun keçirilib. Matc.az xəbər verir ki, 9-cu tur çərçivəsində "Murov" "Xarı bülbül"lə, "Neftçi" MOİK-lə üz-üzə gəlib.
 
Voleybol Mərkəzində təşkil olunan turun ilk matçı "Murov"la "Xarı bülbül" arasında olub. Qarşılaşma "Murov"un 25:16 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:22 və 25:21 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası matçı qələbə ilə yekunlaşdırıb - 3:0. 
 
Turun son matçı "Neftçi" və MOİK komandaları arasında keçirilib. Görüş "Neftçi"nin 25:23 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Eldar Əliyevin yetirmələri 25:18 hesabı ilə qalib gəliblər. üçüncü və dördüncü setlərdə isə yenidən Pərviz Səmədovun komandası 25:13 və 25:23 hesabı ilə qələbə qazanıb - 3:1.
 
Beləliklə, 9-cu turdan sonra "Murov" 23 xalla turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik "Xarı bülbül" ikinci, 12 xalla "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
 
Yüksək Liqa
9-cu tur
22 fevral
 
Murov - Xarı bülbül 3:0 (25:16, 25:22, 25:21)
Neftçi - MOİK 3:1 (25:23, 18:25, 25:13, 25:23)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest