"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov texniki zonadan qovulub. Matc.az saytı xəbər verir ki, hadisə Topaz Premyer Liqasının XX turunda "Neftçi" ilə görüşdə baş verib.

Qarşılaşmanın 85-ci dəqiqəsindəki epizodda hakimin qərarı ilə razılaşmayan çalışdırıcı etirazını sərt şəkildə bildirib. Bu isə baş hakim Rəşad Əhmədovun onu tribunaya göndərməsinə səbəb olub.

Qeyd edək ki, son dəqiqələri gedən qarşılaşmada "Neftçi" 2:1 hesabı ilə öndədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest