Basketbol üzrə Azərbaycan kubokunun keçirilmə tarixi açıqlanıb. Matc.az xəbər verir ki, oyunlar 21-26 martda "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
 
İki qrupda ümumilikdə 8 komandanın iştirakı ilə keçiriləcək kubok matçları dairəvi sistemdə oynanılacaq. Qruplarda ilk iki yeri tutmuş kollektivlər yarımfinala vəsiqə qazanacaqlar. 26 martda final görüşü keçiriləcək.
 
Basketbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi fevralın 21-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest