Kişilər və qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb. Matc.az xəbər verir ki, ilk olaraq fevralın 22-də kişi voleybolçular meydana çıxacaq.
 
Həmin gün Yüksək Liqada 9-cu turun matçları olacaq. Saat 16:00-da "Murov" "Xarı bülbül"lə, 18:00-da isə "Neftçi" MOİK-lə üz-üzə gələcək.
 
Ertəsi gün – fevralın 23-də qadın voleybolçuların Yüksək Liqada 9-cu turun qarşılaşmaları baş tutacaq. Voleybol Mərkəzində əvvəlcə saat 16:00-da "Murov" və "Abşeron" münasibətlərinə adınlıq gətirəcəklər. Bundan 2 saat sonra "Azərreyl" - UNEC oyunu keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest