Ötən il "Lion"dan "Arsenal"a keçən Fransa millisinin üzvü Premyer Liqada azarkeş marağından məmnun deyil.

"Arsenal"ın hücumçusu Aleksandr Lyakazett İngiltərədən ayrılmaq fikrindədi. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, 27 yaşlı forvard Fransaya dönmək arzusunda olduğunu gizlətməyib.

ötən il "Lion"dan "Arsenal"a keçən Fransa millisinin üzvü Premyer Liqada azarkeş marağından məmnun deyil: "Liqa 1 üçün darıxmışam. İngiltərədə azarkeşlər sırf oyunu izləmək üçün stadiona gəlirlər, komandanı dəstəkləmək üçün yox. Onlar azarkeşdən çox izləyicidilər. Fransadakı arenalarda isə daha yaxşı atmosferlər olur".

Qeyd edək ki, oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsində Bakıda baş tutan "Qarabağ" – "Arsenal" (0:3) görüşündə Lyakazett son 20 dəqiqəni meydanda keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest