ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranlar arasında dünya çempionatı start götürüb. Matc.az xəbər verir ki, 50 ölkənin 200-dən çox atletinin mübarizə apardığı yarışda Azərbaycan millisi də iştirak edir.

Körpücük üzərinə ilk olaraq ömər Cavadov çıxıb. 55 kq çəki dərəcəsində qüvvəsini sınayan atlet birdən qaldırma hərəkətində hər üç yanaşmasında 96 kq nəticə göstərib. Nəticədə Cavadov bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb.

Bu, Azərbaycan yeniyetmələrinin dünya birinciliklərində 7 illik fasilədən sonra əldə etdiyi ilk medaldı. Sonuncu dəfə 2012-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilmiş mundialda 94 kq-dan yuxarı çəki dərəcəsində Azər Məmmədli medalçılar sırasına düşüb.

Cavadov təkanla qaldırma hərəkətində isə  115 kq-ı başı üzərinə qaldırıb və 9-cu yeri tutub. Toplam 211 kq (96 kq + 115 kq) nəticə göstərən azərbaycanlı atlet yekun sıralamada 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest