"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Matc.az "Marcouno Esporte" nəşrinə istinadən xəbər verir ki, Gilyerme Pato tezliklə komandanı tərk edəcək.
 
Braziliya KIV-i 22 yaşlı hücumameyilli oyunçunun "Fiqueyrense" klubuna keçəcəyini iddia edib. Bildirilib ki, Braziliyanın C seriyasının təmsilçisi Pato ilə danışıqları yekunlaşdırıb və bu keçidi rəsmiləşdirməyə hazırlaşır. Bu baş verərsə, ötən ilin yanvarında "İnternasional"dan "Neftçi"yə keçən Pato birillik fasilədən sonra ölkəsinə qayıdacaq.
 
Qeyd edək ki, Gilyermo Pato cari mövsüm Premyer Liqada 12 oyunda 1 qol vurub. Futbolçu 2023-cü ildə heç bir matçda iştirak etməyib.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest