Digər komandalara fikir vermirik, əsas öz oyunumuzu düşünürük. Məqsəd də budur ki, uda bilməsən də, uduzmamalısan. Potensialımız buna imkan verir.

Topaz Premyer Liqasının XX turunda "Qarabağ"la qarşılaşan "Zirə" səfərdən 1 xalla dönüb. Oyundan sonra matc.az saytının əməkdaşının da suallarını da cavablandıran qəsəbə təmsilçisinin kapitanı Kamal Bayramov qarşılaşma haqqında fikirlərini bölüşüb.

- Nəticə sizi qane edir?

- Komanda oyuna qələbə üçün çıxmışdı. çünki buna çox ehtiyacımız var idi. "Qarabağ" kimi komanda ilə səfər oyununda bir xal da pis deyil, amma səmimi deyim ki, bura sırf qələbə üçün gəlmişdik.

- Matçı yüksək səviyyədə və motivasiyalı keçirdin. Bunun xüsusi bir səbəbi var idimi? Ola bilərmi ki, əvvəlki oyunlarda qeydə alınmış 0:6 hesabının təsiri, xüsusi mükafat və ya milli komandaya yeni baş məşqçinin gəlişi bundan həlledici olsun?

- Xeyr, bunda heç bir xüsusi səbəb yoxdu. Sadəcə oyundan-oyuna artırıram. çoxdandı oynamırdım, çalışıram ki, hər ötən oyundan sonra səhvlərimi bir də təkrarlamayım. Bir də ki, rəqib "Qarabağ"dı da, bundan böyük hansı motuvasiya ola bilər ki?

- Ardıcıl 5 oyundu ki, komanda məğlub olmur. Doğrudu turnir cədvəlində vəziyyət hələ də ürəkaçan deyil, amma Avroliqa zonası haqqında nəsə düşünürsüz?

- Məqsədimiz odur. Əlimizdən gələn qədər çalışırıq ki, ona nail olaq. Əsas odur ki, kamanda 5 oyundu ki, uduzmur. Qarşıdakı oyunlarda çalışacağıq ki, maksimum xallar toplayaq.

- Potensialı necə görürsünüz? İstəyinizlə üst-üstə düşürmü?

- özünüz də görürsünüz ki, komanda günbəgün artırır. Potensialımız buna imkan verir. Aradakı xal fərqi də çox açılmayıb.

- "Qəbələ" – "Səbail" oyununda "Səbail"ə azarkeşlik edəcəksiz?

- Güclü olanın qalib gəlməyini istəyirəm.

- Bu gün "Keşlə" də qələbə qazandı, turnir cədvəlində yenə irəliləyə bilməyəcəksiniz…

- Digər komandalara fikir vermirik, əsas öz oyunumuzu düşünürük. Məqsəd də budur ki, uda bilməsən də, uduzmamalısan.

- Komanda bu gün müdafiə planında uğurlu çıxış etsə də, əks-hücumlarda sanki istəksiz idi…

- Bizim hücum xəttimizdə bir problem yoxdu, sadəcə rəqib "Qarabağ"dı. Onları istədiyin kimi əks-hücumda tutmaq mümkün deyil.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest