Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Rusiyaya qayıdıb. Matç.az xəbər verir ki, bu barədə "Krılya Sovetov"un rəsmi saytı məlumat yayıb.

 

Bildirilir ki, Samara klubunun milli komandalarda olan oyunçuları – Ramil Şeydayev, Paul Anton və Oleq Lanin düşərgəyə qayıdıblar. Rusiya Premyer Liqasının XI turunda "Ural"la üz-üzə gələcək "Krılya Sovetov" bu gündən tam komanda şəklində yeni baş məşqçi Miodraq Bojoviçin rəhbərliyi altında çalışır. Yalnız müdafiəçi Miral Samardjiç zədədən sonra bərpa dövrü keçir. "Krılya Sovetov" oktyabrın 20-də "Ural"la səfərdə qarşılaşacaq.

 

Qeyd edək ki, Ramil Şeydayev Millətlər Liqasında Farer adaları və Malta ilə oyunlar üçün Azərbaycan yığmasına çağırılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest