Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA Gənclər Liqasının pley-off oyununu idarə edib. Matc.az xəbər verir ki, o, Polşada Ukraynanın "Rux" (Lvov) və İtaliyanın "İnter" komandaları arasında keçirilən oyunda söz sahibi olub

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA Gənclər Liqasının pley-off oyununu idarə edib. Matc.az xəbər verir ki, o, Polşada Ukraynanın "Rux" (Lvov) və İtaliyanın "İnter" komandaları arasında keçirilən oyunda söz sahibi olub.
 
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (4:3) Lvov təmsilçisi sensasiyaya imza ataraq, adını növbəti mərhələyə yazdırıb.
 
Məsiyev qarşılaşma ərzində 5 dəfə əlini cibinə atıb. O, "Rux"dan 4, "İnter"dən isə 1 futbolçuya sarı vərəqə göstərib.
 
Xatırladaq ki, Elçin Məsiyevə bu oyunda Rəhman İmami və Vüsal Məmmədov yan xətt hakimi kimi kömək ediblər. Dördüncü hakim funksiyasının isə Yatsek Malişek (Polşa) yerinə yetirib.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest