Tərəflər arasında müqaviləyə əsasən, 38 yaşlı çalışdırıcı AVRO-2024-ün sonuna qədər komandaya rəhbərlik edəcək. Tedesko bu vəzifədə DÇ-2022-dən sonra istefaya göndərilən Roberto Martinesi əvəzləyib.

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqibi Belçika yeni baş məşqçisini açıqlayıb. Matc.az xəbər verir ki, yerli futbol assosiasiyası italiyalı Domeniko Tedesko ilə anlaşdığını bəyan edib.
 
Tərəflər arasında müqaviləyə əsasən, 38 yaşlı çalışdırıcı AVRO-2024-ün sonuna qədər komandaya rəhbərlik edəcək. Tedesko bu vəzifədə Dç-2022-dən sonra istefaya göndərilən Roberto Martinesi əvəzləyib.
 
Qeyd edək ki, yığmamız Belçika ilə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə üz-üzə gələcək.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest