Pirəküşkül klubunun məşqçisi Məhəbbət Rəhimov oyundan sonra aqressiv davranışa yol verib. O, hakimə qarşı fiziki təsir göstərib.

U-13 Liqasında xoşagəlməz hadisə yaşanıb. Matç.az saytı xəbər verir ki, hadisə "UGİM 1" (Sumqayıt) – "Laçın" (Pirəküşkül) qarşılaşmasında yaşanıb.

Pirəküşkül klubunun məşqçisi Məhəbbət Rəhimov oyundan sonra aqressiv davranışa yol verib. O, hakimə qarşı fiziki təsir göstərib.

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında onun hərəkətləri müzakirə olunub. Məşqçi 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest