"Real"da növbəti dəfə baş məşqçi dəyişikliyi ola bilər. Matc.az saytının AS nəşrinə istinadən məlumatına görə, "kral klubu" bu həftə hazırkı çalışdırıcı Santyaqo Solarini qovmağı planlaşdırır.

Madridlilər La Liqanın XXVII turu çərçivəsində martın 10-da "Valyadolid"lə keçiriləcək qarşılaşmaya yeni baş məşqçinin rəhbərliyi altında çıxmaq niyyətindədi. Klub prezidenti Florentino Peresin ilk namizədi isə sabiq çalışdırıcı Joze Mourinyodu. 56 yaşlı portuqaliyalının meneceri Jorje Mendeşlə dünən bu barədə danışıq olub. Mourinyo bir neçə futbolçu ilə münasibəti yaxşı olmadığı üçün qayıtmağa tərəddüd edir.

Klub rəhbərliyi heç olmasa La Liqada mövsümü 2-ci pillədə tamamlamaq və İspaniya Superkubokunda oynamaq hüququ qazanmaq istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest