"Ayaks"ın müdafiəçisi Matteys de Liqt uğrunda mübarizə getdikcə artır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu daha bir nəhəng klubun maraq dairəsinə düşüb.

Bu dəfə "Yuventus" 19 yaşlı oyunçunu heyətinə qatmaq fikrinə düşüb. "Qoca sinyora" bu keçid müqabilində hollandlara 50 milyon avro təklif edib. "Yuve" rəhbərliyi hollandiyalının meneceri Mino Rayolanın ilə münasibətinin yaxşı olmasından yararlanmaq niyyətindədi.

Qeyd edək ki, "Barselona" və "Real" da Matteys de Liqti transfer etməyə çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest