19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə start verib. Matç.az saytı xəbər verir ki, yığmamız bu gün seçmə mərhələdə ilk oyununu keçirib.

Vüqar Əsgərlinin baş məşqçisi olduğu komanda Türkiyənin Antalya şəhərində meydan sahibləri ilə görüşüb. 2-ci qrupda yer alan yığmaların oyununda Türkiyə millisi qalib gəlib. Hər hissədə bir qol vuran qonşularımız turnirə 3 xalla başlayıb.

Qeyd edək ki, Azərbaycan və Türkiyə ilə eyni qrupda İsveçrə ilə Kipr də mübarizə aparır.

 

19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi
II qrup, I tur
3 oktyabr

Azərbaycan (U-19) – Türkiyə (U-19) - 0:2
Qollar: Məlikə öztürk, 39, 62
Hakimlər: Frida Nilsen, Line-Mariya Rasmussen (hər ikisi Danimarka), Ella De Vri, Lua Otte (hər ikisi Belçika)
Antalya. Arslan Zeki Demirçi Spor Kompleksi

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest