"Son vaxtlar, xüsusən də, bir neçə müdafiəçilərimiz sıradan çıxıb. Bu üzdən həm mərkəz, həm də cinahlarda boşluq yaranıb. Ancaq mən eyni zamanda sol cinahda da çıxış edə bilirəm. Düşünürəm ki, hazırda milliyə dəvət alan futbolçular zədəlilərin yoxluğunu hiss etdirməyəcək".

"Seçmə mərhələnin startı öncəsi heyətdə itkilərin olması yaxşı hal deyil. Ancaq Xorvatiyada yüksək səviyyəli futbolçu yetərincədi". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının müdafiəçisi Antonio Miliç deyib.

Son dünya çempionatının gümüş mükafatçısı AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində ilk oyunlarını bu ay Azərbaycan və Macarıstana qarşı keçirəcək. ötən ildən yığmaya dəvət alan Miliç bunun davamlı olmasını istəyir.

"Anderlext"in 25 yaşlı mərkəz müdafiəçisi yerli mətbuata açıqlamasında baş məşqçi Zlatko Daliçdən şans gözlədiyini bildirib: "Son vaxtlar, xüsusən də, bir neçə müdafiəçilərimiz sıradan çıxıb. Bu üzdən həm mərkəz, həm də cinahlarda boşluq yaranıb. Ancaq mən eyni zamanda sol cinahda da çıxış edə bilirəm. Düşünürəm ki, hazırda milliyə dəvət alan futbolçular zədəlilərin yoxluğunu hiss etdirməyəcək. çünki Xorvatiya heç vaxt konkret şəxslərdən aslı olmayıb, hər zaman kollektiv oyun sərgiləyib. Bu heyət həm Azərbaycanı, həm də Macarıstanı məğlub edəcək gücdədi. Əgər öz oyunumuzu sərgiləsək, bu matçlarda problem yaşamayacağımızı hesab edirəm. Seçmə mərhələyə 6 xalla start götürmək əla olar".

Qeyd edək ki, martın 21-də millimizi qəbul edəcək Xorvatiya bundan 3 gün sonra Macarıstanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest