Xorvatiya millisinin hücumçusu Yosip Brekalo karyerasını İtaliyada davam etdirəcək. Matc.az xəbər verir ki, Almaniyanın "Volfsburq" klubunun futbolçusu "Fiorentina"ya keçib. 
 
"Volfsburq"la müqaviləsinin müddəti yayda başa çatacaq futbolçu üçün İtaliya klubu almanlara 1.5 milyon avro təzminat ödəyəcək. Brekalo isə qarşıdakı üç il yarım ərzində hər mövsümdə iki milyon avro qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest