Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

Madaqaskar yığması Mozambiki, Niger seçməsi isə Qananı inamlı qələbə ilə mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəliblər.

Daha öncə Əlcəzair və Seneqal yığmaları da yarımfinala yüksəlmişdilər. Beləliklə, finala vəsiqə uğrunda Əlcəzair yığması Nigerlə, Seneqal seçməsi isə Madaqaskarla mübarizə aparacaq.

Afrika Millətlər Kuboku
1/4 final
27 yanvar

Əlcəzair – Fil Dişi Sahili 1:0
Qol: Mahius, 90+6-pen.

Seneqal – Mavritaniya 1:0
Qol: L.Kamara, 34-pen.

28 yanvar

Madaqaskar – Mozambik 3:1
Qol: Razafidranayvo, 18. Razafindrakoto, 67. Ravelomanantsoa, 87 – Karvalyo, 90+4.

Niger – Qana 2:0
Qol: Seyni, 11. Haynikoye, 49.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest