"Səsvermə prinsipini tam başa düşmədim. Ən yaxşı seçilən Arşavin Çempionlar Kubokunda heç bir oyunda iştirak etməyib. Həmin adla turnirdə ancaq bizim nəslin nümayəndələri oynayıb. Yalnız Çempionlar Liqası nəzərdə tutulur?"

İspaniyanın "Movistarplus" telekanalı Rusiyanın çempionlar Liqasında çıxış etmiş ən yaxşı futbolçusunu müəyyən etmək üçün sorğu keçirib. Matc.az saytı xəbər verir ki, "Arsenal" və "Zenit"in sabiq hücumçusu Andrey Arşavin 45% səslə birinci olub.

23 faiz səslə onu izləyən "Selta"nın keçmiş yarımmüdafiəçisi Aleksandr Mostovo sorğunun düzgün aparılmadığını bildirib. O, Arşavinin ən yaxşı seçilməsi ilə razılaşmır: "Səsvermə prinsipini tam başa düşmədim. Ən yaxşı seçilən Arşavin çempionlar Kubokunda heç bir oyunda iştirak etməyib. Həmin adla turnirdə ancaq bizim nəslin nümayəndələri oynayıb. Yalnız çempionlar Liqası nəzərdə tutulur? Məncə, belə qiymətləndirmə düzgün deyil. Bu məntiqlə Norveç, Finlandiya və ya Azərbaycanın 5 qat qalibi ilə Almaniya, İngiltərə və ya İspaniyanın 3 qat çempionunu müqayisə edə bilərsiniz. Yəni bu səsverməni gülüşlə qarşılayıram".

Qeyd edək ki, Dmitri Aleyniçev səsvermədə (18%) üçüncü, Valeri Karpin (14%) isə dördüncü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest