Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan çempionatına təyinat alıb. Matc.az saytı xəbər verir ki, bu barədə məlumatı yerli mətbuat yayıb.

Belə ki, Yunanıstan Super Liqasında XXIV turun oyunlarını idarə edəcək referilərin adları açıqlanıb və təyinat alanlar arasında Ağayev də var. O, mərkəzi oyun hesab edilən PAOK - "Atromitos" qarşılaşmasını idarə edəcək. Azərbaycanlı referiyə Akif Əmirəli və Rza Məmmədov yan xətt hakimi qismində kömək edəcək. Salonikidə yerləşən "Tumba Stadium"dakı görüş martın 10-da baş tutacaq.

Maraqlıdı ki, Əliyar Yunanıstan çempionatında oyun idarə edəcək yeganə əcnəbi referi olmayacaq. Məsələ burasındadı ki, AEK - "Panatinaikos" matçı üçün də almaniyalı Tobias Veltsə dəvət göndərilib.

Qeyd edək ki, PAOK hazırda Super Liqada 1-ci, "Atromitos" isə 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest