"Klub prezidentinin cavabı isə maraqlı olub: Sizə dəqiq deyə bilmərəm, amma "Real" sizə iki dəfə artıq pul ödəyir"

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Madrid "Real"ında oynayarkən argentinalı Lionel Messinin "Barselona"dakı maaşı ilə maraqlanırmış. Matc.az xəbər verir ki, bu iddianı İspaniyanın "El Mundo" nəşri irəli sürüb. 
 
Saytın yazdığına görə, portuqaliyalı bir neçə il Leonun maaşını araşdırmaqla məşğul olub: "Bu sual Ronaldonu o qədər düşündürürdü ki, o, cavabı "Barselona"nın o vaxtkı prezidenti Xosep Bartomeudan öyrənməyə qərar verdi. Kriştiano və agenti Jorge Mendes mükafatlandırma mərasimlərinin birində Bartomeu ilə görüşdü və Ronaldo ondan nə qədər pul aldığını soruşdu. Klub prezidentinin cavabı isə maraqlı olub: Sizə dəqiq deyə bilmərəm, amma "Real" sizə iki dəfə artıq pul ödəyir". 
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest