İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Sauthempton” evdə “Nyukasl”la ilk oyundan məğlubiyyətlə ayrılıb.

Digər yarımfinal görüşü “Nottingem Forest”lə “Mançester Yunayted” arasında baş tutacaq.

Bu turninin yarımfinal görüşləri iki oyundan ibarətdir. Cavab qarşılaşmaları 1-2 fevralda keçiriləcək.

İngiltərə Liqa Kuboku
Yarımfinalın ilk oyunları
24 yanvar

Sauthempton – Nyukasl 0:1
Qol: Joelinton, 73.

25 yanvar

00:00. Nottingem Forest – Mançester Yunayted

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest